Bakıda "NİSSAN" kanala düşdü: ölən və yaralanan var
8 İyun 2014 20:35 (UTC+04:00)
Qaradağda "NİSSAN" markalı avtomobil kanala aşıb,
ölən və yaralanan var.
Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN)
saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda "NİSSAN"
markalı minik avtomobili yoldan çıxaraq yol kənarında olan yağış
sularının toplandığı kanala aşıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin
müvafiq xilasetmə qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olub ki, sürücüsü ölüb və 1 nəfər
sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə
qalıb.
Xilasedicilər sərnişini müvafiq qaydada nəqliyyat
vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin,
ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.