Moskvada Azərbaycan muğamı səslənir

8 İyun 2014 21:08 (UTC+04:00)
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan muğamı səslənəcək. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Mahmud Salah və "Qədim Şərq" ansamblı Avropaya qastrol səfəri çərçivəsində Moskvada "Azərbaycan muğamı. Gələcəyə səyahət" adlı solo konsertlə çıxış edəcək. Konsert "Kainatın səsi" adlı 12-ci Beynəlxalq musiqi festifalı çərçivəsində həyata keçiriləcək. Bu haqda informasiyanı "Dünyanın mədəniyyət musiqiləri" elmi-yaradıcılıq mərkəzi yayıb.

Qeyd edək ki, adı çəkilən korsertə Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında bu gün axşam saat 19.00-da start verilib. 

Konsertdə kollektivi Mahmud Salah (qaval), İqbal Məmmədzadə (tar), Oqtay Şərifov (kamança), Fəqan Ələsgərov (balaban) və Gülsurə Əsgərova (xanəndə) təmsil edəcək. 

"Qədim Şərq" muğam ansamblı 2000-ci ildə Mahmud Salah tərəfindən yaradılıb. Ansamblın üzvləri hər muğamı klassik stildə ifa edirlər.

Xatırladaq ki, "Qədim Şərq" ansamblının Moskvada keçiriləcək konserti iyun ayının 15-də 15 illiyini qeyd edəcək Rusiya Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos) tərəfindən təşkil edilir.