Gülənə daha bir şok
8 İyun 2014 23:02 (UTC+04:00)
Türkiyədə Fəthullah Gülənlə bağlı yeni iddia
ortaya atılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Türkiyə xarici işlər nazirliyinin müşaviri Firudun Hadi Sinirlioğlu
sabah üç günlük işgüzar səfəri çərçivəsində ABŞ-a
yollanır.
Sinirlioğlu Milli Təhlükəsizlik Şurasının
rəsmiləri ilə də görüşəcək. Türkiyə ilə ABŞ arasındakı görüşdə
ikitərəfli əlaqələr, regional və qlobal məsələlərin də müzakirə
olunacağı gözlənilir.
Danışıqlar zamanı Ankara Baş prokurorluğunun
paralel hökumət ilə əlaqədar olaraq başlatdığı istintaq
çərçivəsində Pensilvaniyada yaşayan Fəthullah Gülənin Türkiyəyə
qaytarılması məsələsi də gündəmə gətiriləcək.