Suriyada döyüşən vəhabilər Azərbaycanı hədələdilər - FOTO

9 İyun 2014 10:32 (UTC+04:00)

Sosial şəbəkələrdə yayılmış məlumatlarda Suriyada döyüşən və Azərbaycandan olan vəhabilər şəxsiyyətlərini təsdiq edən sənədləri kütləvi şəkildə cırıblar və bunu Yəhya əl-Azəri adlı şəxsin profilində nümayiş etdiriblər. Məlumatı sosial şəbəkəyə istinadla Jam.az saytı yayımlayıb.

 

Cırılmış şəxsiyyət vəsiqələri və pasportların altında şərh də yazılıb: "Allaha həmd olsun. Tağutun safını təsdiqləyən sənədləri belə cırdıq". 
 


Xatırladaq ki, Yəhya əl-Azəri adlı şəxsin Suriyada döyüşən azərbaycanlı vəhabilərin komandiri olduğu bildirilir. Onun bir neçə dəfə ölüm xəbəri yayılsa da, yalan çıxıb. Ehtimal edilirdi ki, ölüm şayiəsini yaymaqla vəhabilər Yəhya əl-Azərini qorumaq məqsədi güdüblər.

 

Lakin bir müddət öncə onun həqiqətən döyüşlərin birində öldüyü foto və videolarla təsdiqləndi. Hazırda isə onun profilini həyat yoldaşının istifadə etdiyi ehtimal olunur. Çünki yazılan statusların bir çoxunda "ərim öldükdən sonra" sözlərinə rast gəlinir. 
 


Vəhabilərin bu hərəkəti Azərbaycana təhdid kimi dəyərləndirilir. Xatırladaq ki, vəhabilər şiələrin canını, malını və namusunu özlərinə halal sayır. Azərbaycan əhalisinin böyük əksəriyyəti isə şiələrdən ibarətdir. /Axar.az/