"BMT"in iqlim hesabatı: 52 ada suyun altında qala bilər

9 İyun 2014 11:11 (UTC+04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramı çərçivəsində hazırlanan iqlim dəyişiklikləriylə əlaqədar hesabatda, dəniz səviyyəsindəki yüksəlişin sürətlə davam etdiyi bildirilərək, 52 kiçik ada dövlətlərinin təhlükədə olduğu xəbərdarlığı edilib.


 Movqe.Az xəbər verir ki, BMT Ətraf Mühit Proqramı direktoru Açim Steiner, "62 milyon əhalisi olan bu 52 xalq, dünya istixana qaz axınının gətirib çıxardığı iqlim dəyişikliyindən pis təsirlənir" deyib.


 Barbados Adasında təşkil edilən yığıncaqda açıqlanan hesabata görə dəniz səviyyələri 1993-2009-cu illər arasında dünya daxilində ildə üç millimetrə qədər yüksəlib. Bir çox kiçik adanın olduğu Sakit okeanın qərbində isə ildə 12 millimetrlik bir artım qeyd edilib. 2050-ci ilə qədər mərcan qayalıqlarının hamısının təhlükə altında olacağı bildirilir.