Kanadada Mübariz İbrahimovu andılar - FOTO

9 İyun 2014 11:14 (UTC+04:00)

Onun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğu diqqətə çatdırılıb.


Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş ağacın və məlumat lövhəsinin açılış mərasimi keçirilib.


Movqe.az modern.az-a istinadən xəbər verir ki, Kanadadakı səfirliyimizdən verilən məlumata görə, tədbiri giriş sözləri ilə açan Azərbaycan icmasının fəallarında olan Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat verib və onun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğunu diqqətə çatdırıb.


Mərasimdə, həmçinin Azərbaycan icmasının dəvəti əsasında Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin əməkdaşları da iştirak edib.