Qarın piylərini əritmək üçün nə etməli ?

9 İyun 2014 11:53 (UTC+04:00)

"Qarın piylərini əritmək üçün necə qidalanmalıyam" -  bu sual ən çox xanımları narahat edir. Mövqe.az xəbər verir ki, şikayət etdiyiniz qarın piyləri heç də çox yeməkdən yaranmayıb. Qarın piyləri sadəcə düzgün qidalanmamaqdan yaranıb.


Qarın piylərini əritmək üçün ən birinci duza yox deyin!

Duzlu yeməklərin bədəninizdə 1300 qrama qədər maye yığılmasına səbəb olduğunu, bunun da qarında şişkinlik yaratdığını bilirsinizmi? Unutmayın gün ərzində 6 qramdan artıq duz qəbulu piylənməyə səbəbdir. Bədəninizdəki maye tarazlığını tənzimləmək üçün mütləq quru meyvələr, kaliumla zəngin qidalara üstünlük vermək lazımdı.

Qarın piylərini əritmək üçün 2-ci üsul.

Aybaşı əvvəli sindrom yaşamağa hazır olun. Aybaşıdan bir həftə əvvəl qarında köp olurmu? Əgər cavabınız "bəli" olacaqsa, onda həkim məsləhəti ilə kalsiumla zəngin qidaları daha artıq qəbul etməlisiniz. Gündə 2-3 boşqab kalsiumla zəngin qida qəbul etməlisiniz. Məsələn 200 qram süd, qatıq, kəsmik və s.

Qarın piylərini əritmək üçün 3-cü üsul:

Dadlandırıcılardan əl çəkin. Çox adam yeməklərdə və içkilərdə dadlandırıcılardan istifadə edir. Lakin dadlandırıcılar bağırsaqlarda qaz əmələ gəlməsinə səbəb olur və həm də narahatlıq yaradır.

Yemək yeyərkən yavaş yeməyi öyrənin.

Ağzınıza atdığınız hər tikəni ən az 10 dəfə çeynəməlisiniz. Həm də bu çeynəmə zamanı ağzınızı tez-tez açmamalısınız ki, mədənizə hava qabarcıqları daxil olmasın. Tez-tez yemək həm də çox yeməyinizə səbəb ola bilir. Beyninizə "doydum" mesajı təxminən 20 dəqiqəyə çatır. Deməli, tez-tez yemək çox yemənizə yol açmış olacaq.


Hər zaman, hər yaşda gözəl görünmək istəyirsinizsə, mütəxəssislərin tövsiyyələrinə əməl etməniz lazımdır. Həm də sağlam bədəndə sağlam ruh olar deyimini unutmayın.