Ancelina Colinin əsl xoşbəxtliyi Bred Pit deyilmiş

9 İyun 2014 13:25 (UTC+04:00)
Çox insan Ancelina Colinin xoşbəxtliyinin əsas sirrinin Bred Pitlə evli olmasında görür. Movqe.Az "Express"ə istinadən xəbər verir ki, aktrisa əsas xoşbəxtliyi başqa insanlara kömək etməkdə tapdığını söyləyib. 38 yaşlı aktrisa etiraf edib ki, o, BMT-in tərkibində müharibə zonalarına gedəndə öz problemlərini unudur və həyatında var olanlara görə şükr edir. Ancelina  "Psychologies Magazine."ə müsahibəsində: "Həyatımın elə bir dövrləri olub ki, problemlərim barəsində çox düşünmüşəm. Lakin müharibə zonasına gedəndə əsl ehtiyacın nə olduğunu anladım. Orada elə insanlar var ki, valideynlərinin, uşaqlarının, ailələrinin harada olduğunu belə bilmir, üstəlik kifayət qədər ərzaqları belə yoxdur. Burada şanslı olduğunu, problemlərinin onlarınkı ilə müqayisə belə olunmadığını anlayırsan. Artıq özün haqda narahat olmursan, başqalarını düşünürsən, beləcə böyüdüyünü anlayıb xoşbəxt olursan" .