Elzanın təyyarədəki konsertinə az qaldı - video

9 İyun 2014 13:31 (UTC+04:00)

Heyvanlara, ağaclara, güllərə konsert verən müğənni Elza Seyidcahan bu dəfə də təyyarədə konsert verəcək. Mövqe.az xəbər verir ki, yerli şou-biznesin Ledi Qaqası adlanan Elza Seyidcahan bu qeyri-adi addımı ilə dünya şou-biznesindəkilərə də ismarış ünvanlayacaq. Analoqu olmayan layihə yay ayları üçün nəzərdə tutulub: " Təyarəçilərə həsr etdiyim "Uçuş" adlı layihəm ən ön planlarımdandı. Yəqin ki, uçuş istiqaməti Azərbaycandan Türkiyəyə olacaq. Konsert 1 saat 10 dəqiqə olacaq. Çox insanları yormaq olmaz".


Qeyd edək ki, təyyarədə olanlara pulsuz konsertdə iştirak etmə hüququolacaq.


http://www.youtube.com/watch?v=klUc3fQkc7E&feature=youtu.be