Ceyhunun başı bəlalı sevgisinə qarışıb

9 İyun 2014 13:38 (UTC+04:00)

Azərbaycanlı müğənni Ceyhun Əliyev "Bəlalı" adlı mahnısına klip çəkdirib.


Müğənninin prodüseri olan Məhəmməd Əliyev Movqe.Az-a açıqlamasında bildirib ki, sözləri və musiqisi Ceyhuna aid olan mahnının klip çəkilişləri müxtəlif məkanlarda baş tutub.


M. Əliyev onu da əlavə etdi ki, klipin çəkilişi 5-6 gün çəkib.


Xatırladaq ki, solo-karyerada da uğur qazanan Ceyhun Əliyev həm də "Qala" qrupunun üzvüdür.