Bakıda daha bir ana ölümünün təfərrüatları-YENİLƏNİB
9 İyun 2014 14:16 (UTC+04:00)
Movqe.az Binəqədi
rayonu ərazisindəki Məlikov adına Şəhər Klinik
Xəstəxanasında baş verən ana ölümü ilə bağlı məsələni
araşdırmaq məqsədilə xəstəxananın doğum şöbəsi ilə əlaqə saxlayıb.
Doğum şöbəsindən faktı təsdiqləyərək ana ölümünün təbii doğuş
zamanı baş verdiyini təsdiqləyiblər. Doğuş şöbəsinin müdiri Pəri
Abbasova Movqe.az-a açıqlamasında bildirib ki, doğuş zamanı ölən
qadın 27 yaşında Abşeron rayon sakini
Günay Əliyevadır: "Hazırda fakt araşdırılır. Biz hələ ölümün hansı
səbəbdən baş verdiyini söyləyə bilmərik. Meyid yarılıb,ekspertiza
aparılır. Bircə onu deyə bilərik ki, bu qadının ilk hamiləliyi
olub. Doğuş təbii yolla baş tutub. Vəssəlam. Başqa heç nə söyləyə
bilmərik".
****
Bakıda doğuş zamanı daha bir ölüm faktı qeydə
alınıb. Movqe.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə
istinadən verdiyi məlumata görə, hadisə iyunun 7-də qeydə
alınıb. Abşeron rayon sakini Günay
Əliyeva Binəqədi rayonu ərazisindəki Məlikov adına Şəhər Klinik
Xəstəxanasında doğuş zamanı ölüb. Uşaq isə
sağdır. Faktla bağlı araşdırma
aparılır