"Nəzərə inanıram, amma caduya yox" - Məleykə

9 İyun 2014 15:40 (UTC+04:00)

Xalq artisti Məleykə Əsədova qızına və özünə olunan cadu barədə danışıb. Aktrisa qızının xəstəxanaya düşməsinin günahını caduda və ya başqa nədəsə görmədiyini Mövqe.az-a açıqlayıb: "Qızım artıq yaxşıdır. Evdədir. Evdə müalicə alır, şükür. Deyirlər guya cadu olunub. Amma mən inamıram. Çünki Allaha çox bağlı insanam. Hər gün dua oxuyuram. Qızımın da, mənim də əlimiz bütün gün göydədi. Nəzərə inanıram, amma caduya yox. Allaha qurban olum. Belə şeylər məni narahat etmir". 


Xatırladaq ki, ötən gün ekstrasens Aqil Məhərrəmov show.az saytına belə bir açıqlama verib: "Məlyekə Əsədovaya 4-5 il bundan öncə cadu olunub. Cadu edən şəxs qadındır, eyni zamanda aktrisanın qohumudur. Hazırda aktrisanın ürəyində heç bir sevgi olmasa da, həyatında bir kişinin olduğunu söyləyən Aqil onun qalmaqallara düşəcəyini bildirib. Onun etdiyi qalmaqallar daha da böyüyəcək və ona maddi və mənəvi zərbə olacaq. 

Məleykə Əsədovaya illər öncə edilən cadu qızı Gülərə də təsir edir. Gülərin halının pisləşib xəstəxanaya yerlləşdirilməsində cadunun təsiri hiss olunur. Ekstrasens hazırda aktrisanın qızı Gülərdə ciddi bir xəstəlik olmadığını da söylədi".