Elman Abdullayev səfir təyin olunacaq
9 İyun 2014 15:27 (UTC+04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat
katibi Elman Abdullayev Efiopiya Federal Demokratik Respublikasına
səfir göndərilir. Bu barədə Trend-ə diplomatik mənbədən məlumat
verilib. Məlumata görə,
E.Abdullayevin artıq aqremanı alınıb. Yaxın vaxtlarda onun səfir
kimi fəaliyyət göstərəcəyi gözlənilir.Bununla bağlı hər hansı rəsmi məlumat verilmir.
Qeyd edək ki, Efiopiya Afrikanın ən qədim
dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə
yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri
olub. Əhalinin 50,6 faizini miafizit
xristianlar, 10,2 faizini protestant xristianlar, 32,8 faizini
müsəlmanlar, 4,6 faizini aborigen mədəniyyətlilər, 1,8 faizini
digərləri təşkil edir.
Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar və
tayfalar yaşayır. Elman Abdullayev "Qafqazinfo"ya açıqlamasında
bildirib ki, belə bir təyinat prezident İlham Əliyevin müstəsna
səlahiyyətidir: "Bu qərarı ancaq ölkə başçısı verə bilər".