Ermənilər Bakıya gəlir

9 İyun 2014 15:29 (UTC+04:00)
Erməni deputatlar Bakıya gəlmək istəyirlər. ANS PRESS-in məlumatına görə, deputatlar Bakıda keçiriləcək NATO-nun "Rose Roth" seminarında iştirak etmək istəyirlər. Bu barədə Ermənistanın NATO-dakı erməni nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan deyib. Naqapetyan bildirib ki, erməni nemayəndə heyəti rəsmi Bakının təhlükəsizliyə zəmanət verəcəyi təqdirdə paytaxtımıza gəlmək istəyir. Deputat növbəti il seminarın İrəvanda keçirilməsini təklif etmək fikrində olduqlarını da bildiriblər. Qeyd edək ki, "Rose Roth" seminarı 1990-cı ildən keçirilir.