Korona virusundan törəyən xəstəliklərin sayı artıb

9 İyun 2014 18:06 (UTC+04:00)

Səudiyyə Ərəbistanda ağır kəskin tənəffüs yolu çatışmazlığıi sindromu (SARS) xəstəliyinin törəməsi olan korona virusu səbəbiylə ölənlərin sayının 287-ə yüksəldiyi bildirilib.


Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyindən edilən yazılı şərhdə, Mədinə şəhərində daha əvvəl xəstəliyə tutulan Səudiyyə Ərəbistanlı 2 nəfərin dünyasını dəyişdiyi deyilib.


Korona virusuna tutulanların sayının 698-ə, ölənlərin sayının 287-ə yüksəldiyi deyilən yazılı şərhdə, 359 nəfərin yaxşılaşdığı, 52 nəfərin  isə müalicəsinin davam etdiyi bildirilib.


Səudiyyə Ərəbistanı başda olmaqla Orta Şərq ölkələrinin qorxusu halına gələn korona virusu, ağciyərlər və böyrəkləri təxrib edir. Qaynağı haqqında kifayət qədər məlumat olmayan virusa qarşı hələlik qoruyucu peyvənd və ya dərman müalicəsi yoxdur.