Bakıda zibillikdə uşaq tapıldı- Foto

9 İyun 2014 18:27 (UTC+04:00)
Bakıda zibil qutusunda 26 günlük körpə tapılıb. Movqe.az anspress-ə istinadən xəbər verir ki, balacanın qız uşağı olduğu məlum olub. Uşaq zibilliyə atılan zaman üzərində olan kağız parçasında adı da yazılıb-Nigar. Paytaxtın Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına yaxın yerdə tapılan körpə elə həmin xəstəxanaya verilib. Körpə bir neçə gün müalicədən sonra 1 saylı uşaq evinə aparılıb, ancaq sonradan səhhətində problem yaranan qızcığaz yenidən xəstəxanaya qaytarılıb. Həkimlərin dediklərinə görə körpənin beyindaxili təzyiqi var. Hazırda Nigara tibb bacıları ilə yanaşı xəstəxanada olan valideynlər də baxırlar. Xəstəxanada müalicə alan övladlarının yanında qalan valideynlərin dediklərinə əsasən, tibb bacıları artıq körpəyə baxmaqdan yorulduqlarını deyirlər.