Rektor işdən çıxarıldı
9 İyun 2014 19:22 (UTC+04:00)
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru
Rasim Bəşirov tutduğu vəzifədən azad olunub. Bu barədə publika.az-a
mötəbər mənbədən məlumat daxil olub. Məlumata görə, hazırda R.Bəşirov akademiyada rektor kimi
deyil, müəllim kimi fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Akademiyasında
yoxlamalar da aparılıb. Publika.az
sözügedən məsələ ilə əlaqədar Rasim Bəşirovla əlaqə saxlayıb.
R.Bəşirov rektorluqdan uzaqlaşdırılmasını
təsdiqləyib. Qeyd edək ki, Rasim
Bəşirov Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət
Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun əmisi
oğludur.
Onu da bildirək ki, R.Bəşirov akademiyada
rektorluqdan əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı
vəzifəsində çalışıb.