Jurnalistlər qəzaya düşdü
10 İyun 2014 11:05 (UTC+04:00)
Ötən gün axşam saatlarında ANS PRES-in bölgə
müxbiri avtomobil qəzasına uğrayıb. Qəzaya uğrayan avtomobildə Ülvi
Telmansoy və "Kəpəz TV"nin əməkdaşı olub. Jurnalistin içərisində olduğu avtomobil idarəetməni itirərək
dərəyə yuvarlanıb. Qəza zamanı
avtomobil əzilərək istismara yararsız hala düşüb. Xoşbəxtlikdən
jurnalistlər qəzadan salamat xilas
olublar. Bölgə müxbiri Ülvi Telmansoy
qəza barədə "Facebook" sosial şəbəkəsində statusla qeyd edib. O,
qəza zamanı xəsarət almadığını bildirib. "Qəza dünən axşam saatlarında olub. Avtomobilin sürücüsü mən
olmamışam. Lakin öndə oturmuşdum. Hər ikimiz təhlükəsizlik kəmərini
bağlamışdıq. Qəza oldu, avtomaşın dərəyə aşdı. Sürücünü qoruyan
hava yasdığı açıldı, məni qorumalı olan hava yastığı isə açılmadı.
Buna baxmayaraq mən heç bir xəsarət almamışam. Yasdıq qorumadı,
Allah qorudu!. Avtomobil ciddi zərər görüb".