Rusiya ordusu Avropada təlimlərə başladı

10 İyun 2014 13:43 (UTC+04:00)

Təlimlərdə Hərbi Hava Qüvvələrinin Su-34 bombardman qırıcıları, Mi-241 hərbi vertolyotları iştirak edir

Rusiya Kalininqrad vilayətində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Movqe.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.


Təlimlərdə Baltik dənizi donanması, Rusiya Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri birliklərinin iştirak etdiyi bildirilir. Təlimlər Avropada start verilmiş Saber Strike-2014 и BALTOPS-2014 beynəlxalq təlimləri çərçivəsində keçirilir.


Nazirliyin açıqlamasına görə, təlimlərdə iştirak edən Baltik dənizi donanmasının hərbi gəmilərinin missiyası Rusiya sərhədlərini və dəniz kommunikasiyarını qorumaq, eyni zamanda düşmən hərbi və sualtı gəmisini məhv etməkdən ibarətdir. Təlimlərdə Hərbi Hava Qüvvələrinin Su-34 bombardman qırıcıları, Mi-241 hərbi vertolyotları da iştirak edir.


Qeyd edək ki, hazırda NATO da Baltikyanı ölkələrdə hərbi təlimlər keçirir.