Müğənni Miri Yusif media
nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, sənətçi iyunun 13-ü və 14-də "Yaşıl
Teatr"da baş tutacaq konserti ilə bağlı məlumatlar
verib.
Ona ünvanlanan sualları cavablandıran Miri Yusif konsertdə yeni
mahnılar oxuyacağını deyib:
"Sevənlərim hit bəstələrlə yanaşı bu günə kimi heç yerdə səsləndirmədiyim mahnılar da eşidəcəklər. Səhnəyə mənimlə birlikdə xalq artisti Zülfiyyə Xanbabayeva da çıxacaq. Eyni zamanda adını hələ açıqlamaq istəmədiyim reper də konsertdə mənlə səhnədə olacaq. Qonaqlara sürprizlər hazırlamışam. Mənim konsertim texniki tərəfdən də fərqlənəcək".
Müğənni konsertdə xarici ulduzların izi ilə gedəcəyini söyləyib. Heç vaxt konsertində sənətçilərə dəvətnamə verməyən M.Yusif bu dəfə də ənənəsinə sadiq qalacaq:
"Əgər insanlar mənə və sənətimə hörmət edirsə bilet alıb gələr. Mən biznesmen deyiləm, yaradıcılığımla pul qazanıram".