Bu seriala görə rejissor məhkəməyə verildi – Azərbaycanda

10 İyun 2014 15:57 (UTC+04:00)

"ATV kanalında yayımlanan "Qız yükü" serialının rejissoru İntiqam Hacılı barədə məhkəməyə müraciət edilib. 


AzNews.az-ın məlumatına görə, rejissorun məhkəməyə verilməsinə səbəb ATV kanalında yayımlanan "Qız yükü" serialında baş verən qalmaqalla bağlıdır. Belə ki, 

serialının ilk 7 seriyasının ssenari müəllifi Arzu Soltan qonorarını ala bilmədiyinə görə İ.Hacılını məhkəməyə verib. 


Məlumatda o da qeyd olunub ki, A. Soltan bu günə kimi "Qız yükü" serialının yalnız iki hissəsinin qonararını alıb. 


Məsələ ilə əlaqədar Arzu Soltanla əlaqə saxladıq. Arzu Soltan AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib. 


Xatırladaq ki, bir müddət əvvəl bu serial erotik səhnələrinə görə, gündəmə gəlmişdi.