“Gözəllik kraliçası” titulundan imtina etdi
10 İyun 2014 16:09 (UTC+04:00)
Taylandın gözəllik kraliçası seçilərək 2014-cü
ildə ölkəsini "Dünya gözəli" müsabiqəsində təmsil etmək hüququ
qazanmış Veluri Ditsayabut sosial şəbəkədə yazdığı statusun sərt
reaskiya ilə qarşılanmasından sonra titulundan imtina
edib.
Axşam.az xarici
mətbuata istinadən xəbər verir ki, Taylandda aylarla davam edən
siyasi gərginlikdən sonra ordunun hökumətə nəzarəti ələ aldığı bir
dönəmdə Facebook səhifəsində siyasi mesajlar yazan Ditsayabut
gözlənilməz reaksiyalar alıb.
Belə ki, o, keçmiş baş nazir Yinqlak Şinavatra
hökumətini dəstəkləyən "qırmızı köynəkliləri" tənqid edərək onların
edamını tələb edən status paylaşıb. Lakin bu statusuna görə kəskin
reaksiya ilə qarşılaşan 22 yaşlı gözəl, mətbuat konfransı təşkil
edərək ona yazılan cavabların özünü və ailəsini pərişan etdiyini
bildirib:
"Anam bu şərhlər üzündən gecələr yata
bilmədiyindən mən də yatmıram".
Siyasi mövzulu statusuna görə üzr istəyən
Ditsayabut "gözəllik kraliçası" taxtından çəkildiyini elan
edib.