İmtahandan çıxan qız özünü öldürdü

10 İyun 2014 16:15 (UTC+04:00)

Rusiyanın İrkutsk vilayətində şagird imtahandan çıxandan sonra intihar edib. Anspress-in məlumatına görə, qız rus dili üzrə dövlət attestasiya imtahanından kafi qiymət aldıqdan sonra özünü öldürüb.


"İmtahandan çıxandan sonra meşəyə getdi və geri qayıtmayıb. Qızın valideynləri kömək üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Səhəri günü polisin axtarışları nəticəsində qızın meyiti tapılıb", İrkutsk polisi açıqlama verib.


Məzun özünü öldürməmişdən qabaq valideynlərinə məktub yazıb: "Məni bağışlayın. Sizin arzularınızı həyata keçirə bilmədim". Polis ehtimal edir ki, qızın özünə qəsd etməsi imtahan zamanı və sonra yaranan stresslə əlaqəlidir.