DSMF sədri vətəndaşlarla görüşəcək

10 İyun 2014 17:04 (UTC+04:00)

Qəbulda Mingəçevir, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının pensiyaçıları iştirak edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev vətəndaşlarla görüşəcək. 


DSMF-dən Anspress-ə verilən məlumata görə, görüş 18 iyun tarixində, saat 11:00-da Fondun Mingəçevir şəhər şöbəsinin inzibati binasında keçiriləcək. Qəbulda Mingəçevir şəhərinin və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edəcək. 


Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:


Fondun Aparatında (012) 434-12-34;

Mingəçevir şəhər şöbəsində (02427) 4-18-82

Şəki rayon şöbəsində (02424) 4-89-14

Qax rayon şöbəsində (02425) 5-44-33

Zaqatala rayon şöbəsində (02422) 5-54-07

Balakən rayon şöbəsində (02429) 5-18-46

Oğuz rayon şöbəsində (02421) 5-25-40

Qəbələ rayon şöbəsində (02420) 5-06-98


Qəbulda iştirak edəcək vətəndaşların iyunun 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Mingəçevir şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.