Kosmosda çəkilən ilk "Vine" - FOTO

10 İyun 2014 17:44 (UTC+04:00)

Son günlər məşhurlaşan sosial platforma olan Vine getdikcə məşhurluğunu artırmağa və yayılmağa davam edir. 6 saniyəlik qısa videodan ibarət olan Vine paylaşımlarına daha bir dəstək NASAdan gəlib. Ötən günlərdə selfini sınaqdan keçirən NASA bu dəfə Kosmosda Vine çəkib. 


Movqe.Az xəbər verir ki, Beynəlxalq Kosmos Stansiyasında vəzifəli NASA astronavtı Reid Vaysmen, tarixin ilk kosmosda çəkilmiş Vine videosunu göndərib. Son zamanlarda Twitter hesabını çox aktiv istifadə edən Vaysmen arabir müxtəlif fotoşəkillər də çəkib aşağıya göndərir.


Beynəlxalq Kosmos Stansiyası, Dünya ətrafındakı hər bir dövrünü 90 dəqiqədə tamamlayır. Hər bir 24 saatda astronavtlar 16 dəfə gün doğuşu və batışını görürlər.