"Sony"dən daha bir yenilik!

10 İyun 2014 18:34 (UTC+04:00)

Sony, Apple TV və Amazon Fire-a rəqib olacaq yeni məhsulu PlayStation TV-ni E3 fəaliyyətində tanıdıb.


Movqe.Az xəbər verir ki, istifadəçilər PlayStation TV ilə yanaşı artıq PS3, PlayStation One və PSP oyunlarını birbaşa PlayStation Now xidmətini istifadə edərək oynaya biləcək. PlayStation TV sahibləri, eyni zamanda internet vasitəsilə video və musiqi xidmətlərinə də giriş təmin edə biləcək.


PlayStation 4-ü olan istifadəçilər, PS4-larını PlayStation TV ilə bağlayıb evdəki digər televiziya ekranında da oyun oynaya biləcək.

Cihazın qiyməti isə 99 dollar olaraq təyin olunub.