Misir Mərdanova yeni vəzifə
11 İyun 2014 00:08 (UTC+04:00)
Qırğızıstanda (İssık-Kul) Türk Dünyası Riyaziyyat
Cəmiyyətinin V konqresi keçirilib.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun
İctimaiyyətlə əlaqələr bölməsindən ANS PRESS-ə verilən məlumata
görə, konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı
alim iştirak edib.
Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin
prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun
direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin
institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif
Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü
Azad Tağızadə və başqaları iştirak ediblər.
2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV
konqresində fizika-riyaziyyat elmləri doktoru, professor Misir
Mərdanov cəmiyyətin prezidenti seçilib. AMEA-nın Riyaziyyat və
Mexanika İnstitutunun direktoru Misir Mərdanov Qırğızıstandakı
konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir
iştirakçılarına ətraflı məlumat verib.
Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin
bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər
Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti
seçilib.
-Misir Mərdanov cəmiyyətin Fəxri Prezidenti,
akademik Fikrət Əliyev cəmiyyətin vitse-prezidenti, professor Azad
Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü
seçilib.
-Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin
növbəti konqresinin 2017-ci ilin yayında Qazaxıstanın Astana
şəhərində keçirilməsi qərara alınıb.
-Qazaxıstan tərəfinin ayırdığı 10 min ABŞ dolları
məbləğində vəsaitin 6 min dolları Türk dünyasının görkəmli
riyaziyyatçı alimi kimi akademik Muxtarbay Otelbayevə
verilib.
-2 min ABŞ dolları məbləğində II mükafat
cəmiyyətin "Nəzəri və tətbiqi riyaziyyat " jurnalının redaksiya
heyətinə verilib.
-Qalan 2 min ABŞ dollarının isə V konqresin
Təşkilat Komitəsinə (Qırğızıstan) verilməsi qərara
alınıb.