Depardieu yemək proqramı çəkəcək

11 İyun 2014 11:20 (UTC+04:00)
Ölkəsinin vergi siyasətlərini tənqid edib Rusiyaya köçən Fransız aktyor Gerard Depardieu, Avropa ölkələri üçün layihələr çıxarmağı dayandırmır. Movqe.Az xəbər veri ki, ziyarət etdiyi yerlərin məşhur məhsullarını və mətbəxini aşpaz Laurent Audiotun şərh edəcəyi proqramı  aktyorun özü təqdim edəcək. Fransa, İtaliya, Almaniya, İspaniya, Danimarka və Şotlandiyanın da yerli mətbəxlərinə işıq tutacaq proqram gələn il Fransız-Alman şərikliyi olan ARTE kanalında ekranlara gələcək.