Bakıda qadının başına daşla vurub qarət edən şəxs tutuldu

11 İyun 2014 12:19 (UTC+04:00)

Qadının başına daşla vurub qulağından qızıl sırğalarını qoparan şəxs saxlanılıb. 


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vladislaf Arifoviç Nestrov tutulub.


Müəyyən edilib ki, o, mayın 23-də K.Şamilov küçəsində orada yaşayan Gövhər Nəsibovanın baş nahiyyəsindən daş parçası ilə vurub yerə yıxıb, qulağında olan qızıl sırğaları qopararaq qaçıb. İyunun 6-na keçən gecə o, İ.Hacıyev küçəsində yaşayan Təranə Eyvazovanın mənzilindən oğurluq edib.