Pirat film saytı bağlandı

11 İyun 2014 12:23 (UTC+04:00)

Torrent vasitəsilə pirat film verənlərin ən möhkəm saytı bağlanılıb. 

Movqe.Az xəbər verir ki, Amerika Kino Filmləri Dərnəyi (MPAA), Çinin ən böyük Torrent şəbəkəsini işlədən şirkətlə razılıq əldə edib. Müqaviləyə görə dünya səviyyəsində 140 milyon Torrent istifadəçisi olan şəbəkəyə nəzarət edən Xunlei şirkəti, torrent şəbəkəsində MPAA tərəfindən müəllif hüquqları qorunan əsərlərin paylaşılmasına icazə verməyəcək. 

Həmçinin şirkət Çin hökuməti ilə məktəblərdə müəllif hüquqları qorunan əsərlərə qarşı şüur meydana gətirmək üçün təhsil proqramlarının təşkili üzrə iş təmin edəcək.