Azərbaycanda Android istifadəçiləri üçün yeni virus təhlükəsi yaranıb
11 İyun 2014 13:40 (UTC+04:00)
Azərbaycan Android əməliyyat sistemləri ilə
çalışan cihazların istifadəçilərinin troyan virusuna məruz qalması
ilə bağlı risk qrupuna düşən ölkələr sırasına daxil olub. Trend-in
məlumatına görə, bu barədə "Kasperski laboratoriyası" şirkətinin
yaydığı xəbərdə deyilir.
Məlumatda bildirilir ki, şirkətlərin məhsullarında
aşkar olunan təhlükəli proqram bir ay əvvələ yaxın şəbəkədə peyda
olub və artıq dünyanın 13 ölkəsində kompüterlərin yoluxdurulmasına
2 min dəfədən artıq cəhd edilib. Əsas zərbə Rusiya və Ukraynaya
dəyib, amma daha 10-dan artıq ölkə, o cümlədən Azərbaycan, Belarus,
Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Kanada, Almaniya,
Yunanıstan, Cənubi Koreya və Sinqapur da risk qrupuna
düşüb.
Bu virusun əsas vəzifəsi smartfonun yaddaş
kartının tərkibinin şifrələnməsidir. Proqram məşhur qrafik və mətn
formatlarında media fayllarına və sənədlərə tuşlanıb. Zərərli
proqram özünü məlumatlara girişə qayıtmaq üçün istifadəçidən pul
tələb edən fırıldaqçı proqram kimi aparır.
Şifrələnmənin başlanmasından dərhal sonra proqram
qadağan edilmiş məzmuna baxış üçün cihaza girişin bloka salınması
barədə xəbəri ekrana çıxarır. Xəbərdə cinayətkarlar "cərimə"
ödəməyi tələb edrək əks təqdirdə istifadəçinin məlumatlarını açıq
mənbələrdə dərc etməklə hədələyirlər.
Şifrələyici əsasən videofaylların səsləndirilməsi
bəhanəsi ilə saxta porno saytlardan yayılır. Həmçinin troyan
virusunun Andriod üçün oyunlar və ya faydalı proqramlar altında
maskalanması halları da qeydə alınıb.