"Bizdən sui-istifadə etmək istəyirlərmiş" - Elgizin verlişində QALMAQAL

11 İyun 2014 13:22 (UTC+04:00)

"Adam içində" verlişinin ikinci aparıcısı hesab edilən, tanınmış jurnalist Afət Rahilqızının canlı yayım zamanı dedikləri heç də birmənalı qarşılanmayıb. Bəzən əsəblərini cilovlaya bilməyən aparıcı şikayətçilərin üstünə qışqırır, kobud ifadələr işlədir. Jurnalistin bu hərəkəti qınaq obyektibə çevrilib. Hətta "Youtube" kanalında aparıcının şikayətçinin üstünə qışqırdığı yerdə olan video da paylaşılıb. Həmin videoda Afət xanım ona yalan danışıb, aldadan şikayətçinin cavabını belə verir: "Bu nə danışıqdır, bizim sizə borcumuz yoxdur, burada "borzu-borzu" danışmaq lazım deyil". Mövqe.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün A. Rahilqızının mövqeyini öyrənib: "Əzizim, siz bir gün gəlin əyləşin bizim verilişdə, görün üzünüzə baxa-baxa yalan danışan adamlara necə reaksiyanız olacaq. Məsələn, hansısa şikayətçi gəlib ağlayır ki, ərim döyüb sonradan məlum olur ki, günah qadının özündədi və bizə yalandan danışıb, ağlayır ki, ona inanaq. Amma sən demə, tam əksinə imiş. Qaldı ki, dünənki olayda ər-arvad uşaqlarının xəstə olduğunu bildirərək, ondan imtina etmək istəyirdi. Biz uşağı xəstəxanada müayinə etdirəndən sonra məlum oldu ki, uşaq sağlam imiş və bu ər-arvadın əvvəlcədən düşünülmüş planı imiş. Bizdən sui-istifadə etmək istəyirlərmiş. Necə deyərlər yalanın ömrü 40 gün olar. Sizcə mən aldadıldığımı bilə-bilə bunu sakit qəbul etməliydim? Məncə siz mənim yerimdə olsaydınız bunu müsbət qarşılamazdınız. Əlbəttə əsəblişəcəm belə yalanları gördükdə sakit dayanmağım, əsəblərimi cilovlamağım bəzən mümkün olmur".


Xatırladaq ki, "Adam içində" verlişinin əsas aparıcısı Elgiz Əkbərdi.