Məhkumdan narkotika tapıldı

11 İyun 2014 14:59 (UTC+04:00)
2 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitə aşkar edilərək götürülüb. Movqe.az-a  Penitensiar Xidmətin İctimaiyyətlə əlqaələr şöbəsindən verilən xəbərə görə,  əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Gündüz Abışovun üzərinə baxış keçirilən zaman əlinin içində gizlədilmiş, siqaret kağızına bükülmüş, xalis çəkisi 0,205 qram olan narkotik vasitə "heroin" aşkar edilərək götürülüb.  Fakt üzrə araşdırma aparılır.