Balıqçı suda boğularaq öldü

11 İyun 2014 16:29 (UTC+04:00)

Suda boğulan şəxsin meyidi xilasedicilər tərəfindən çıxarılır

Sabirabad rayonunda balıqçı faciəvi şəkildə dünyasını dəyişib. 


Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sarxanbəyli kəndinin ərazisində Bəxtiyar Sevdimalıyev balıq tutarkən Mil-Muğan kollektoruna yıxılıb.


Balıqçı suda boğulub. Onun meyidi xilasedicilər tərəfindən sudan çıxarılıb.


Faktla bağlı araşdırma aparılır.