Kenqru yeməyini göyərçinlə böldü

11 İyun 2014 18:25 (UTC+04:00)
Avstraliyanın Sidney şəhərindəki Featherdale Heyvan Parkında Ann Kameron adlı fotoqrafın fotoaparatının obyektivinə ilişən görüntülərdə, ana kenqrunun əlindəki yeməkləri bir göyərçinlə paylaşarkən görülür.


 Movqe.Az xəbər verir ki, Kenqrunun balası da anasının kisəsindən göyərçinin yeməklərini yeməsini izləyib. Fotoqraf Kameron, "Kenquruya yeməyi biz verdik və o da göyərçin ilə yeməyini paylaşdı. Hətta göyərçini özü dəvət etdi " deyib.