Evinizdəki böyük təhlükə

11 İyun 2014 19:15 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, mebellərdə istifadə olunan boya və lak kimi vəsaitlərin tərkibində kanserogen maddə var və bir çox tənəffüs və sinir sistemi xəstəliyinə yol aça bilər. 

Türk Standartları İnstitutu (TSE), başda xərçəng olmaq üzrə bir çox tənəffüs və sinir sistemi xəstəliyinə səbəb olan "Formaldehid"-in mebel və taxta məmulatlarında miqdarını məhdudlaşdırmaq üçün E1 standartlarına cavab verən sertifika və sənədləşdirmə işini başladıb. Taxta, panel və bu vəsaitlərdən düzəldilən mebellərdəki "Formaldehid" miqdarı, TSE-nin verəcəyi sənəd ilə sağlamlığa zərər verməyəcək səviyyəyə endiriləcək. 

Dünya Sağlamlıq Təşkilatına görə, mebellərdə istifadə edilən, yapışqan, boya və laklar zamanla ayrılan "Formaldehid" qazı, insan sağlamlığına mənfi təsir edən kanserogen kimyəvi maddələri özündə birləşdirir. 

E1 Sənədi, məhsul məzmunundakı "Formaldehid" maddəsinin sağlamlığa zərər verməyəcək səviyyədə istifadə edildiyini göstərən, mebel sektorunda başda Avropa ölkələri olmaq üzrə dünyanın bir çox ölkəsində qəbul görən əsas meyar hesab olunur. Avstriya, Danimarka, Almaniya və İsveç, taxta panellərdə E1 sənədləşdirilməsini 1985-ci ildən bu yana məcburi tətbiq sahəsinə çevirmişdir. 

Dünya Sağlamlıq Təşkilatı tərəfindən kanserogen maddə olaraq təyin olunan, taxta mebellərdən və parketlərdən istifadə olunan "formaldehid" xüsusilə zamanlarının böyük hissəsini bağlı mühitlərdə keçirən uşaqlar üçün təhlükəli hesab olunur. Aparılan araşdırmalara görə evlərdə istifadə edilən mebellərdən qaynaqlanan "Formaldehid" uşaqlarda leykemiya xəstəliyinə yol aça bilir. 

Mütəxəssislər, "Formaldehid" zəhərlənməsinin, çoxu dəfə qaz halında ikən tənəffüs yolu ilə alınmasına bağlı olaraq meydana gəldiyini, bu maddənin tənəffüs edən kəslərdə yorğunluq, mürgüləmə, baş ağrısı, baş gicəllənməsi, dəri tullantıları kimi şikayətlərin görüldüyünü ifadə edir. 

Uzun davamlı olaraq aşağı dozalarda "Formaldehid"-lə tənəffüs edən kəslərdə tənəffüs çətinliyi, ekzema və allerqik reaksiyalar görülə bilir.