Türkiyənin məşhur müğənnisi Hadisə Bakıya gəlir

3 İyul 2012 11:54 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, bu yaxınlarda Bakıya gələcək əcnəbi qonaqların siyahısına Hadisə də əlavə edildi. 

Müğənni Bakının böyük zallarının birində konsert proqramı ilə çıxış edəcək. Hadisə ilə ilkin danışıqlar aparılıb və nəticə müsbətdir. Hazırda konsertin keçiriləcəyi məkan dəqiqləşdirilir.

Qeyd edək ki, konsertin həm açıq havada, həm də iritutumlu salonların birində keçirilməsi versiyasısı düşünülür. Konsertin hansı tarixdə keçiriləcəyi dəqiq olaraq müəyyənləşdirilməyib.

Türkan Nadirqızı

Movqe.Az