Niyam Salami: “Bu dəfə qız oğlanın arxasınca düşür”

11 İyun 2014 18:31 (UTC+04:00)

Özünəməxsus səs tembrinə malik müğənni Niyam Salami yeni mahnısını dinləyicilərin ixtiyarına verib. "Çağırma məni" adlanan kompozisiyanın musiqisi Ceyhun Əliyev, sözləri Azər Şirinə məxsusdur. N. Salami Movqe.az-a açıqlamasında tezliklə mahnıya klip çəkiləcəyini bildirdi. Klipə rejissor Ceyhun Kərimov quruluş verəcək: "Azərbaycanda ən çox güvəndiyim rejissor Anar Hüseynovdur. Ondan sonra işbirliyi qura biləcəyim rejissor C. Kərimovdur".


Müğənni onu da əlavə etdi ki, klipin süjet xətti maraqlı sevgi hekayəti üzərində qurulacaq. Çəkilşlər Bakıda fərqli və tamaşaçıların ekranda heç zaman görmədiyi məkanlarda və Qaradağda aparılacaq: "Bütün yaradıcı işlərim müştərək fikirlər əsasında ərsəyə gəlir. Burada da öz fikirlərimi bildirəcəm. Süjet xəttində özüm olmayacam. Çünki süjet xəttində özüm görünməyi sevmirəm. Ancaq onu deyə bilərəm ki, bu dəfə qız oğlanın arxasınca düşür. Klipdə professional model xanım çəkiləcək. Hazırda seçim gedir. İşi peşəkarına tapşırmaq lazımdır".


Mahnını bu linkdən dinləyə bilərsiniz: