Ən çox onun mahnıları dinlənilir

11 İyun 2014 19:30 (UTC+04:00)

106.3 FM-də yayımlanan "Müleyli" şousu dinləyicilər arasında sorğu aparıb. 


Axşam.az-ın məlumatına görə, sorğunun əsas sualı "Gün ərzuində ən çox kimin mahnısına qulaq asırsınız" olub. Dinləyicilərin rəyi nəticəsində xalq artisti Aygün Kazımova  qalib gəlib. 


Sorğu zamanı əməkdar artist Ədalət Şükürov, müğənnilər Röya Ayxan, Rəhim Rəhimli, Elton Hüseynəliyev, Sevda Yahyayeva və Elçin Cəfərovun  da adları çəkilib.