Abşerona qazın verilişi dayandırıldı

3 İyul 2012 11:59 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Abşeron rayonuna qazın verilişi dayandırıldı

Bu gün İyulun 3-də saat 10:00-dan etibarən Abşeron rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində məhdudiyyətlər yaranıb. 

Qeyd edək ki, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Bu gündən etibarən Abşeron rayonuna qazın verilişində məhdudiyyətlər yaranıb.

Məlumata görə, qazın verilişinin dayandırılması təmir işləri ilə əlaqədardır.

Türkan Nadirqızı

Movqe.Az