NATO fövqəladə iclas keçirdi

12 İyun 2014 10:57 (UTC+04:00)

İclasda Mosuldakı proseslər müzakirəyə çıxarılıb

NATO Türkiyənin Mosul şəhərindəki diplomatlarının İraq Şam İslam Dövləti (İŞİD) terrorçuları tərəfindən girov götürülməsi ilə bağlı fövqəladə toplantı keçirib. 


Movqe.az-ın məlumatına görə, Türkiyənin tələbi ilə keçirilən fövqəladə iclasda Mosuldakı proseslər müzakirə olunub. 


Saat 22:00-da baş tutan iclasda Türkiyənin NATO-dakı daimi nümayəndəsi Fatih Ceylan məsələni gündəmə gətirib. Ceylan hadisənin necə reallaşdığına dair Ankaradan gələn məlumatları çatdıraraq, Türkiyənin hal-hazırda NATO-da hərbi səviyyədə bir tələb irəli sürmədiyini bildirib. 


Qeyd edək ki, İraqda İŞİD silahlıları Türkiyənin Mosuldakı baş konsulu da daxil olmaqla, diplomatları və digər tük vətəndaşlarını girov götürüb.