2 əsgərimiz minaya düşüb

3 İyul 2012 12:07 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycan ordusunun iki əsgəri minaya düşüb.

Qeyd edək ki, bu hadisə Ağdamın Yusifcanlı kəndi ərazisində baş verib. Azərbaycan Ordusunun əsgərləri minaya düşüb. Təmas xəttində minanın partlaması nəticəsində, Milli Ordunun əsgərləri – Sabir Turab oğlu Kərimli və İsmayıl Şahvələd oğlu Hüseynov yaralanıb. Yaralı əsgərlər hospitala yerləşdirilib.

Lakin xəstəxanaya yerləşdirilsələr də, əsgərlərin vəziyyəti kafi qiymətləndirilir.

Türkan Nadirqızı

Movqe.Az