Abşeronda tikintidə dəhşətli ölüm

12 İyun 2014 11:37 (UTC+04:00)
Abşeronda tikintidə vətəndaşın cəsədi tapılıb. Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunda tikilməkdə olan üçmərtəbəli binanın 3-cü mərtəbəsindən 1962-ci il təvəllüdlü Hümbət Süleyman oğlu Veysəlovyıxılaraq 2-ci mərtəbədə betona çırpılıb və aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və təhlükəsizlik qaydalarına riayət etməklə H.Veysəlovun cəsədini 2-ci mərtəbədən düşürərək aidiyyatı üzrə təhvil veriblər.