Bakıda avtobus qəzasında 6 nəfər yaralandı
12 İyun 2014 01:30 (UTC+04:00)
Bakıda sərnişin avtobusu və daha 4 avtomobilin
iştirakı ilə zəncirvari qəza baş verib.
Movqe.az
anspress-ə istinadən bildirir ki, Böyükşor şösesində qeydə alınan
hadisə zamanı ilk öncə "Hyundai" və "Mercedes" markalı iki minik
avtomobili toqquşub. Maşınların yolun hərəkət hissəsinin mərkəzində
dayanması sonradan 5 maşının iştirakçısı olduğu digər qəzaya səbəb
olub. Belə ki, 148 saylı xətt ürə hərəkət edən "IVECO" markalı
sərnişin avtobusu ilk öncə "Opel" markalı minik maşınını vurub.
"Opel" öz növbəsində "VAZ 2107"yə və "Audi" markalı digər maşınlara
çırpılıb. Zərncirvari qəzanın
iştirakçısı olan "Auidi" öz növbəsində qarşıda hərəkət edən
"Hyundai" markalı başqa bir maşına dəyib. Avtobus isə "Mercedes"
markalı digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra
dayanıb. Hadisə zamanı avtobus
metronun "Koroğlu" stansiyasından üzü Zabrat qəsəbəsi istiqamətində
hərəkətdə olub. Şahidlərin sözlərinə görə, avtobusda olan
sərnişinlər arasında xəsarət alanlar da
olub. Hadisə vaxtı yaralanan
sərnişinlər təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına
aparılıblar. Xəstəxanadan verilən məlumata görə, yol nəqliyyat
hadisəsi ilə bağlı xəstəxanaya 6 nəfər gətirilib. Onlardan 4-nə
ilkin tibbi yardım göstərilsə də, 2 nəfər travmatologiya şöbəsinə
yerləşdirilib. Qəza Sabunçu dairəsi
istiqamətində avtomobillərin hərəkətində sıxlığın yaranmasına da
səbəb oldu. Hadisə iştirakçısi olan avtomaşınların ərazidən
uzaqlaşdırılmasından sonra normal hərəkət bərpa
olunub.Hadisənin dəqiq səbəblərini müəyyən
etmək üçün avtobus, eləcə də avtomaşın sahibləri ifadələrinin
alınması üçün polis orqanına aprılıblar. Qəza ilə bağlı Sabunçu
Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq
baş vermə səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza
təyin ediləcək.