Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib

3 İyul 2012 12:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Cəlilabad rayonunda yol qəzası baş verib. 

Hadisə piyadanın ölümü ilə nəticələnib. Qeyd edək ki, hadisə iyulun 1-də, gecə saat 22:15 radələrində qeydə alınıb. Cəlilabad rayonunun kənd sakini Baxış Abbasov idarə etdiyi "VAZ-21060" markalı avtomobillə Günəşli kənd sakini Elşad Çıraqovu vurub.

Hadisə nəticəsində E.Çıraqov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hal-hazırda faktla bağlı istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az