Google loqosunu 2014 FIFA Dünya Kuboku olaraq dəyişdi!

12 İyun 2014 13:02 (UTC+04:00)
Google Dünya Kubokunu unutmadı! Google 12 iyun üçün xüsusi loqo yayımladı.  Bildiyiniz kimi, Braziliya Dünya Kuboku başlayır. Movqe.Az xəbər verir ki, ilk oyun cümə axşamı gecəsi oynanacaq. İlk oyun A qrupundan ev sahibi olan Braziliya ilə Xorvatiya arasında oynanacaq. Braziliya - Xorvatiya oyununun açılış mərasimi bu gün gecə saat 00.00-da, canlı oyun isə 01.00-da İTV-də (İdman Azərbaycan) yayımlanacaq.


Bundan başqa tamaşaçılar Dünya Çempionatını xarici kanallarda da izləyə bilərlər. Oyun Azərbaycanda peyk vasitəsilə yayımlanan kanallardan Türkiyənin-TRT, Rusiyanın-C1R, VGTRK kanallarından da birbaşa efirlə yayımlanacaq.