"İşədüzəldən" şəxs həbs edildi

3 İyul 2012 16:22 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, işədüzəldən şəxs həbs edilib.

Baş Prokurorluğunun mətbuat xidmətinin verdiyi məlumata əsasən, Şamaxı rayon sakini Əsgərov Pərvin Hüseynov Ramiz tərəfindən aldadılaraq pulunun mənimsənilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Araşdırma zamanı məlum olub ki, R. Hüseynov özünü iş icraçısı kimi təqdim edibə.

O, P.Əsgərovun etibarından sui-istifadə edərək Bakı şəhərində elektrik stansiyasına mühafizəçi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq 20 may 2012-ci il tarixdə ondan 1.800 manat məbləğində pul alıb.

Hazırda iş üzrə istintaq davam etdirilir. Faktla bağlı cinayət işi açılıb.

Türkan Nadirqızı

Movqe.Az