Naxçıvanda kəndin boşaldılması xəbərini yayan sakin kimdir?
12 İyun 2014 13:44 (UTC+04:00)
Məlum olduğu kimi Azərbaycanın bəzi Kütləvi
İnformasiya Vasitələri Naxçıvanda ermənilərin hücumu ilə bağlı
xəbərləri Culfa rayonunun sərhəddə yerləşən Ləkətağ kəndinin sakini
Aynur Sərkərovaya istinadən vermişdi. ANS
PRESS isə yerli əhali ilə əlaqə saxladıqda sakinlər bildirmişdilər
ki, ermənilər kəndə heç bir hücum həyata keçirməyib. Bu mənada
Aynur Sərkərovanın kim olduğu və niyə dezinformasiya yayması ilə
maraqlandıq. Culfa rayon İcra
Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, Culfa rayonunun
sərhəddə yerləşən Ləkətağ kəndində ümumiyyətlə Aynur Sərkərova adlı
sakin yaşamır. Kənddə belə bir adda adam yoxdur: "Aynur Sərkərovun
kim olması ilə bağlı müvafiq yeri orqanlarla əlaqə saxladıq,
araşdırdıq. Ləkətağ kəndində belə bir adam
yaşamır".
Xatırladaq ki, Azərbaycanın və Rusiyanın bəzi
KİV-ləri Naxçıvanda Azərbaycan hərbçiləri ilə ermənilər arasında
gedən döyüşlər barədə yayılan xəbərləri Ləkətağ kənd sakini Aynur
Sərkərova adlı şəxsə istinadən xəbər vermişdi. Müdafiə Nazirliyi
isə açıqlamasında bildirmişdi ki, Naxçıvanla bağlı yayılan
məlumatların ölkədə sabitliyin pozulmasına hesablanıb.