Sabah Azərbaycan ərazisində güclü külək əsəcək

12 İyun 2014 15:40 (UTC+04:00)

İyunun 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə saatlarında şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, arabir qısamüddətli yağış yağacağı gözlənilir, şimal-qərb küləyi əsəcək. Arabir küləyin sürəti güclənəcək. Əsasən də səhər və gündüz yarımadanın bəzi yerlərində şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 22-26 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi rayonlarda leysan xarakterli intensiv yağış olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Bəzi Kür vadisi rayonlarında küləyin sürəti arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.