Nərdivan qırılıb qadının qarnına girdi

12 İyun 2014 15:42 (UTC+04:00)

Movqe.az-ın anspress-ə istinadən xəbərinə görə, Cəlilabadın Əsədli kənd sakini, 1961-ci il təvəllüdlü Gülzadə Şahverən qızı Cəfərova nərdivanda iş görən zaman yıxılıb.


Nəticədə nərdivan pilləsi sınaraq onun qarnına girib.


Yaralı ağır vəziyyətdə Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının durumu ağır olaraq qalır.


Faktla bağlı araşdırma aparılır.